2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA
Far.Az xəbər saytı

2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA


Külli miqdarda vergi borcu olan iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, Ağcabədi rayon sakininə məxsus şirkətin dövlət büdcəsi və fondlara ümumilikdə 1 milyon 881 min 931 manat vergi borcu yaranıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcların ödənilməsi ilə əlaqədar MMC-yə dəfələrlə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə həmin idarə son olaraq, MMC-nin 41 yaşlı rəhbəri qarşısında məhkəmədə iddia qaldırıb. İddiada həmin borclar ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.

Şirvan Kommersiya Məhkəməsi iddianı təmin edərək, 41 yaşlı biznesmenin Azərbaycandan çıxışına qadağa qoyub.

Oxşar xəbərlər

Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər