İmişlidə internetdən istifadə edən təsərrüfatların sayı artıb
İmişli rayonunda yaşayış məntəqələri mərhələli şəkildə fiber-optik xətt və sürətli internetlə təmin edilir.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, rayonda rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması, internet tutumlarının artırılması, yeni telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər hazırda İmişli rayonunun bir neçə yaşayış məntəqəsini əhatə edir. Hal-hazırda Muradxanlı, Şahverdili, Göbəktala, Telişli, Murğuzalılı və Məmmədli kəndlərində xəttlərin çəkilişində son tamamlanma işləri icra edilir. Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Qısa zaman ərzində həmin yaşayış sahələrində də GPON texnologiyası vasitəsilə yeni istifadəçilər internet xəttinə qoşulacaqlar.
Qeyd edək ki, ötən illə müqayisədə rayonda internetdən istifadə edən təsərrüfatların sayı 11 mindən 17 min abonentə qədər artıb. İmişli rayonunun müasir internet xidməti ilə təmin edilməyən Ağamalılar kəndidir ki, bu yaşayış sahəsi də artıq layihələndirilib. Cari ilin sonuna qədər həmin kənddə işlər icra ediləcək. Bununla da rayon ərazisi 100 faiz sürətli internetlə təmin olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













