Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarların sayı məlum olub
İndiyə qədər Gəncə-Qazax iqtisadi rayonunda 50 minə yaxın sahibkarlıq subyekti qeydiyyatdan keçib.
"Report"un Qərb bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin I müavini Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, Gəncə şəhərində KOB evinin fəaliyyətə başlaması fiziki və hüquqi şəxslərin bizneslərini daha rahat qeydiyyata alması, qurması və inkişaf etdirməsi baxımından mühüm rol oynayır: "Çünki bu mərkəzin əsas məqsədi sahibkarlar üçün əlverişli şərait yaratmaq, onların biznes fəaliyyətini asanlaşdırmaq, inkişafına dəstək verməkdir. Gəncə-Qazax iqtisadi rayonunda qeydiyyatdan keçmiş sahibkarların təxminən 12 mini məhz Gəncənin payına düşür. Bu baxımdan, KOB evinin fəaliyyəti həmin sahibkarların xidmətlərdən daha geniş və səmərəli istifadə etməsinə şərait yaradacaq".
Sədr müavini əlavə edib ki, KOB evləri innovativ və effektiv xidmət modelidir: "Bu model bir çox ölkələrdə uğurla tətbiq olunur. Statistik göstəricilərə əsasən, 2020-ci ilin yanvar ayına qədər KOB evlərində ümumilikdə 1,2 milyondan çox xidmət təqdim olunub. Ən çox xidmət qeydiyyat və sənədləşmə, müxtəlif dövlət proqramları üzrə olub. Bu da sahibkarlar üçün həmin xidmətlərin nə qədər vacib olduğunu göstərir. Aparılan qiymətləndirmələrə əsasən, KOB evlərinin fəaliyyətindən sahibkarların məmnunluq səviyyəsi 98 % təşkil edir. Hazırda Gəncə KOB evində həm hüquqi şəxslərə, həm də fərdi sahibkarlara xidmətlər göstərilir. Eyni zamanda, burada KOB İnkişaf Mərkəzi də fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə sahibkarlara yerində məsləhət xidmətləri göstərilir, dövlət qurumları ilə əlaqələrin qurulmasına dəstək verilir və onların fəaliyyətinin inkişafı üçün maarifləndirmə işi aparılır".
Oxşar xəbərlər
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
KOBİA 8 ildə KOB-ların maliyyələşdirilməsinə ayrılan vəsaitin məbləğini açıqlayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













