Rəşad Həsənov nazir müavini təyin olundu
Far.Az xəbər saytı

Rəşad Həsənov nazir müavini təyin olundu


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Far.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.

2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2016-cı ildə Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Rəşad Həsənov Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, ADA Universitetində baş müəllim, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifələrində çalışıb.

2021-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər