"Bakı Kuboku" turnirinin mükafatçıları müəyyənləşib
Far.Az xəbər saytı

"Bakı Kuboku" turnirinin mükafatçıları müəyyənləşib


"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz "9 nömrə" Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri başa çatıb.

"Far.Az" xəbər verir ki, 2015-ci il təvəllüdlü futbolçular arasında "Palms Sports" Futbol Mərkəzində keçirilən turnirin sonuncu günündə 4 oyun baş tutub.

7-ci yer uğrunda matçda "Neftçi" "Göztəpə"yə (Türkiyə) 4:1 hesabı ilə qalib gəlib. 5-ci yer uğrunda görüşdə isə "Beşiktaş" (Türkiyə) "Ulduz"u eyni hesabla məğlub edib.

"Qarabağ"ı 3:1 hesabı ilə üstələyən Voronej "Dinamo"su (Rusiya) 3-cü, "Kayrat"ı (Qazaxıstan) 1:0 hesabı ilə məğlub edən "Dinamo" (Moskva) 1-ci yeri tutub.

Final matçından sonra turnirdə iştirak edən ölkələrin dövlət himnləri səsləndirilib. Ardından "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer, "Dinamo" (Moskva) Futbol Akademiyasının direktoru Aleksandr Kuznetsov və digər rəsmi şəxslər çıxış ediblər. Daha sonra əfsanəvi futbolçu Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskaya və digər qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Mükafatlandırma mərasimində "Qələbə əzminə görə" mükafatı "Neftçi"nin futbolçusu Salman Səlimova, "Ən yaxşı futbolçu" mükafatı isə Voronej "Dinamo"sunun üzvü Maksim Krutskixə verilib.

"Ən yaxşı qapıçı" mükafatı Ponteley Moriniçev ("Dinamo", Moskva), "Ən yaxşı müdafiəçi" Aleksandr Volodin ("Dinamo", Moskva), "Ən yaxşı yarımmüdafiəçi" Aleksandr Aksyonov ("Dinamo", Voronej), "Ən yaxşı hücumçu" Radmir Ştanko ("Kayrat", Almatı), "Ən yaxşı futbolçu" isə Abılay Temirbulatova ("Kayrat", Almatı) təqdim edilib.

Voronej "Dinamo"suna bürünc, Almatı "Kayrat"ına gümüş, Moskva "Dinamo"suna isə kubok və qızıl medallar təqdim edilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər