Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb - YENİLƏNİB-2
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
"Report" xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gələrək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.
Ötən gün isə Turan Bayramov (66 kq) gümüş medal qazanmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
"Report" xəbər verir ki, o, təsəlliverici qarşılaşmada Gürcüstanı təmsil edən Giorgi Teraşviliyə qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.
Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində təsəlliverici görüşə çıxacaq.
"Report" xəbər verir ki, o, 1/4 finalda Gürcüstanı təmsil edən Giorgi Loladzeyə uduzsa da təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.
Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Hidayət Heydərov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
"Böyük Dəbilqə": 1/4 finalda uduzan Hidayət Heydərov təsəlliverici görüşə çıxacaq
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













