“Mingəçevir”in başından xəsarət alan futbolçusunun həyati təhlükəsi yoxdur
Far.Az xəbər saytı

“Mingəçevir”in başından xəsarət alan futbolçusunun həyati təhlükəsi yoxdur


Azərbaycan I Liqasının IV turunda doğma meydanda “Zaqatala” komandası ilə oyunda başından xəsarət alan “Mingəçevir”in futbolçusu Tural Məmmədzadənin həyati təhlükəsi yoxdur.

Bu barədə “Far.Az”a bölgə təmsilçisinin baş məşqçisi Ədəhim Niftəliyev məlumat verib.

Mütəxəssis futbolçunun xəstəxanadan evə buraxıldığını və durumunun müsbətə doğru dəyişdiyini söyləyib:

“Hər şey qaydasındadır. Həkim ev şəraitində müalicə almağı tapşırıb. Bir neçə gündən sonra başına qoyulan tikişlər söküləcək. Rəqib oyunçu ilə toqquşmadan sonra başından ciddi zədə almışdı və qan açılmışdı. Buna baxmayaraq, meydana qayıtmaq istəyirdi. Lakin həkim icazə vermədi. Xəstəxanada rentgen olunub, beyni ilə bağlı təhlükə yoxdur. Başına tikişlər qoyulduqdan sonra sakit yerdə dincəlmək tapşırılıb. Həkim infeksiyaya yoluxmanın qarşısını almaq üçün dərman yazıb, müəyyən qadağalar qoyub".

Ə.Niftəliyev futbolçunun məşqlərə nə vaxt qayıda biləcəyi barədə sualı da cavablandırıb:

“Həkimin dediyinə görə, ən azı 1 ay futbol oynamamalıdır. Amma 2-3 həftəyə yüngül məşqlərə qoşula bilər. Əsas odur, həyati təhlükəsi, beyin silkələnməsi yoxdur. Özü ilə danışdım, ağrılar var və müəyyən müddət olacaq. Qalan hər şey qaydasındadır”.

Qeyd edək ki, “Mingəçevir” - “Zaqatala” matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər