Ərdoğan helikopter qəzası ilə bağlı Türkiyə və Qətər xalqına başsağlığı verib
Far.Az xəbər saytı

Ərdoğan helikopter qəzası ilə bağlı Türkiyə və Qətər xalqına başsağlığı verib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında ölənlərin ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, Ərdoğan bu barədə "X"dəki hesabında yazıb.

"Qətərdə baş verən helikopter qəzasında Türk Silahlı Qüvvələrimizin və ASELSAN personalımızın, eləcə də Qətər Silahlı Qüvvələri mənsublarının şəhid olduğu xəbərini böyük kədərlə öyrəndim. Bu ağır qəzada şəhid olan qəhrəman əsgərimizə, ASELSAN əməkdaşlarına, dost və qardaş Qətərin əsgərlərinə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı diləklərimi çatdırıram. Ölkəmizin, millətimizin və Qətər xalqının başı sağ olsun".

Qeyd edək ki, ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub - YENİLƏNİB - 3
Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub
Kərim Vəliyev Qətərdə Beynəlxalq Dəniz Müdafiə sərgisində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər