Azeri Light" nefti ucuzlaşıb
Far.Az xəbər saytı

Azeri Light" nefti ucuzlaşıb


Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin qiyməti azalıb.

Far.Az-ə neft bazarındakı mənbənin verdiyi məlumata görə, bir barelin dəyəri 6,85 ABŞ dolları və ya 5,57% azalaraq 116,05 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə əsasən, Brent markalı neftin may fyuçersləri 110,05 ABŞ dollarından təklif olunub.

Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli 7,32 ABŞ dolları və ya 6,19% ucuzlaşaraq 110,97 ABŞ dollarına düşüb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycanda bu marka neft Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil edilir. Layihədə SOCARın payı 31,65% təşkil edir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər