Azərbaycan meşə fındığı ixracından gəlirini 2 dəfə artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 4 min 569 ton meşə fındığı ixrac edib.
"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 57 milyon 664 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 524 ton (12,9 % ), dəyər baxımından isə 29 milyon 548 min ABŞ dollar (2 dəfə) çoxdur.
Hesabat dövründə meşə fındığı ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 1,5 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib













