"Atletiko" "Barselona"nın hücumçusu Ferran Torresə maraq göstərir
Far.Az xəbər saytı

"Atletiko" "Barselona"nın hücumçusu Ferran Torresə maraq göstərir


İspaniyanın "Barselona" klubunun hücumçusu Ferran Torres La Liqanın digər təmsilçisi "Atletiko"nun maraq dairəsinə düşüb.

"Far.Az"un "Mundo Deportivo"ya istinadən məlumatına görə, "göy-qırmızılılar" qarşıdakı "transfer pəncərəsi"ndə 26 yaşlı futbolçu ilə bağlı təklifləri dinləməyə hazır olduqlarını bildiriblər.

Hücumçunun keçidində "Atletiko"nun idman direktoru Mateu Alemani şəxsən maraqlıdır. O, vaxtilə "Barselona"da çalışarkən ispaniyalı futbolçunu məhz özü komandaya cəlb edib və oyunçunun potensialını yüksək qiymətləndirir.

Qeyd edək ki, Torresin hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Ferran Torres uzun fasilədən sonra "Barselona"nın sıralarına dönüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər