Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards İngiltərə komandasına rəhbərlik edəcək
Far.Az xəbər saytı

Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards İngiltərə komandasına rəhbərlik edəcək


Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards İngiltərənin "Krouli Taun" komandasına rəhbərlik edəcək.

"Far.Az" klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

O, bu təyinata qədər "Arsenal"ın gənclərdən ibarət komandasında məşqçi kimi fəaliyyət göstərib. Bu, 39 yaşlı sabiq futbolçunun baş məşqçi kimi ilk işi olacaq.

Qeyd edək ki, K.KRiçards karyerası ərzində Türkiyənin "Fənərbağça", "Qalatasaray", Niderlandın "Feyenoord" və Şotlandiyanın "Seltik" kimi klublarında forma geyinib. O, Türkiyə yığmasında 37 oyun keçirib. İngiltərənin səviyyəcə II Liqasında mübarizə aparan "Krouli Taun" 31 xalla 21-ci sırada qərarlaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər