Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Far.Az xəbər verir ki, bu məsələ noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunub.
İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələlərinə baxılıb.
Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi planlaşdırılır.
Bundan əlavə, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı sahəsində yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.
Maliyyə naziri müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Sahil Babayev: "Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir"
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













