G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
G20 ölkələri tərəfindən Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib.
“Far.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, Braziliyada G20 Enerji Keçidi Nazirlər İclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektiv karbon bazarları vasitəsilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi kimi prioritetlərindən, enerji keçidini sürətləndirən “yaşıl enerji” təşəbbüslərindən danışılıb.
P. Şahbazov Azərbaycanın inklüzivliyə sadiqliyini və COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazır olduğunu diqqətə çatdırıb.
Braziliyada G20 Enerji Keçidi Nazirlər İclasında Sədrliyinin dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektiv karbon bazarları vasitəsilə iqlimlə bağlı…
— Parviz Shahbazov (@ParvizShahbazov)
Oxşar xəbərlər
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azərbaycan Aİ ilə “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
Məşhur türkiyəli aparıcı vəfat edib
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb













