Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında dayananlar
44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı Azərbaycanın əsas problemi erməni separatçılığını məhv etməklə yanaşı, təsiri ilə alovlandırılan digər regional separatçılıq meyillərini də əsaslı dərəcədə boğdu. Təbii ki, bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fədakar əməkdaşlarının sistemli fəaliyyətini də unutmaq olmaz. Hazırda da məlum separatçılıq nöqtələri diqqətlə saxlanılır, mütəmadi lazımi tədbirlər görülür.
Son dövrlərin qaynar gündəmləri fonunda altdan-altdan bir şəxs ətrafında əsassız, təhrif olunmuş və süni şişirməyə köklənmiş obraz yaratma əməliyyatını müşahidə etməkdəyik. Bu şəxs bir sıra dağıdıcı separatçı əməllərinə görə ifşa edilmiş və DTX tərəfindən xüsusi əməliyyatla saxlanmış əməllərinin inkarı mümkünsüz olan İqbal Əbilovdur.
Bəzi marjinal qrup və platformaların təkidlə "tarixçi-alim" kimi sırımağa çalışdıqları İqbal Əbilovun əslində əsas hədəfinin separatçılıq olduğu artıq danılmaz faktdır.
Oxu.Az xəbər verir ki, Baku TV sözügedən dairələrin reallığı təhrif etmək və ictimaiyyəti aldatmaq cəhdlərini nəzərə alaraq İqbal Əbilov haqqında açıq mənbələrdən topladığı və redaksiyasına daxil olan bir sıra faktları ictimailəşdirmək qərarına gəlib.
Araşdırmalar göstərir ki, separatçı ideyalarla yüklənmiş "tarixçi-alim" kamuflyajlı İqbal Əbilov əslində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Qarnik Asatryana maşalıq etmiş əmisi Kahin Əbilovun himayəsində böyüyüb. Onun çürük, içiboş və zəhərli ideyalarını mənimsəyib və Ermənistan xüsusi xidmət orqanlarının təsiri altında formalaşaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə nifrətə köklənib. İqbal Əbilovun təhsili, dünyagörüşü və seçdiyi peşə də uzun illər ərzində Qarlik Asatryanın dolayı təlimatları ilə formalaşıb.
İqbal Əbilov "tarixçi" kimliyi arxasında gizlənərək uzun müddət əslini gizlətməyə nail olmaqla yanaşı, həm də fəaliyyətini genişləndirməyə, Azərbaycan əleyhinə şəbəkələşmədə rol oynamağa, həmçinin zəhərli ideyalarını Azərbaycan və ondan kənarda yaşayan bir qrup gəncin dünya görüşünə təlqin etməyə nail olub.
İqbal Əbilovun uzunmüddətli anti-Azərbaycan fəaliyyətinin ən böyük "uğur"u isə onun separatçı dünyagörüşlü şəxs və qruplar arasında uğurlu koordinatora çevrilməsi, bir sıra hallarda isə əsas təşkilatçı kimi çıxış etməsi olub.
İqbal Abilovun qısa müddətdə separatçı xəyanətkar çevrələrdə özünə yer etməsi yalnız onun şəxsi qabiliyyətləri hesabına olmayıb. Həmçinin qısa müddətdə Qarnik Asatryanın etimadını qazanmağa nail olan İqbal bir müddət sonra özü də müstəqil şəkildə birbaşa Ermənistan və digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb və onların tapşırıqlarını icra etməyə nail olub.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları
-
Qubada 19 kq narkotik aşkarlanıb













