Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Far.Az xəbər saytı

Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir


İntensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur və buna görə 27 mart səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tabeli idarələri, rayon birlikləri və şəhərin digər təsərrüfat qurumları tərəfindən ərazidə sakinlərin təxliyyəsi, yağış suları barmaqlıqlarının təmizlənməsi və digər zəruri tədbirlər görülməkdədir. Bu işlər gün boyu davam etdirilir.

Bundan əlavə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də əraziyə baxış keçirərək, rayonun kommunal və təsərrüfat qurumlarına yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər