ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Far.Az xəbər saytı

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb


Elektron Təhlükəsizlik Xidmətinin (Milli CERT) apardığı fasiləsiz monitorinq və təhdid kəşfiyyatı fəaliyyəti nəticəsində Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası aşkar edilib.

Təhlillər göstərir ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.

İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını açmamaq;

• E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;

• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;

• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;

• Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.

Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Teleqramdan edilən hücumlarla bağlı istifadəçilərə XƏBƏRDARLIQ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nizami City-dən möhtəşəm kampaniya - mənzil alan qazanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər