Bu idman qidaları satışdan yığışdırıldı
Far.Az xəbər saytı

Bu idman qidaları satışdan yığışdırıldı


Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb.

Far.Az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus "Wolf Fitness" idman zalında arıqlamaq məqsədilə qəbul edilən "L-Carnitine 2000 caffeine" əmtəə nişanlı, Sabunçu rayonu, Bakıxanov ştq, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus "Arslan" fitnes zalında isə "Gold Standart Whey", "C4-Pre Workout", "Argipower 120 cephl" əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb.

Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.

Monitorinq zamanı həmçinin "İRON MAXX", "Whey.az", "Protein Shop" mağazalarında, "Qol güləşi idman kompleksi"ndə, "Wolf Fitness", "Just FİT", "Arslan Fitnes" və "Adrenaline" idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib ki, həmin məhsullar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.

Monitorinqlər davam etdirilir.

Oxşar xəbərlər

20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər