Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
Far.Az xəbər saytı

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır


Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

BAKU.WS xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

Oxşar xəbərlər

Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib
Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər