Halil Atlı: "Əsas hədəfimiz pley-off mərhələsinə yüksəlməkdir"
Far.Az xəbər saytı

Halil Atlı: "Əsas hədəfimiz pley-off mərhələsinə yüksəlməkdir"


"Gəncə" basketbol klubu Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəlməyə köklənib.

"Far.Az" xəbər verir ki, bunu baş məşqçi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Lənkəran"la matçı dəyərləndirib.

"Komandamı qələbə münasibətilə təbrik edirəm. Oyunda bütün basketbolçulara şans verməklə, hər kəsin bu işin bir parçası olmasına çalışdıq. Eyni zamanda, əsas rotasiyada yer alan oyunçularımızı qorumaq istədik. Cəmi iki gün sonra səfərdə qarşılaşacağıq. Həmin matçı da qazanıb, əsas hədəfimiz olan pley-off mərhələsinə köklənəcəyik".

Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibləri 91:55 hesablı qələbə qazanıblar.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər