Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib
Far.Az xəbər saytı

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib


Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda o, ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı da Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Dostlarına zəng edib davaya çağırdı: Həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər