Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır
Far.Az xəbər saytı

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır


Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında aprelin 2-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan dördünün müalicəsi davam etdirilir.

Bu barədə "Report"un sualına cavab olaraq Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb.

Oxşar xəbərlər

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olunub, digərlərinin müalicəsi davam edir – YENİLƏNİB-2
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər