İran XİN: ABŞ uranı "F-15 pilotlarının xilası" adı altında oğurlamağa cəhd edib
İran Xarici İşlər Nazirliyi ABŞ-nin guya vurulmuş F-15 qırıcı təyyarəsinin pilotlarını xilas etmək adı ilə İranda uran oğurlamağa cəhd etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqai açıqlama verib.
Bəqainin sözlərinə görə, ABŞ-nin həyata keçirməyə çalışdığı əməliyyat əslində "hədəfi dəyişdirmə manevri" ola bilərdi və məqsəd yüksək zənginləşdirilmiş uranın çıxarılması idi. O, bu ehtimalı tam istisna etmədiklərini qeyd edib.
İran rəsmisi vəziyyəti 1980-ci ildə baş vermiş "Qartal pəncəsi" (Eagle Claw) əməliyyatı ilə müqayisə edib. Həmin vaxt ABŞ Tehrandakı səfirlik böhranı zamanı girovları azad etməyə çalışmış, lakin əməliyyat uğursuzluqla nəticələnmişdi.
Məlumata görə, 3 aprel tarixində İranın hava hücumundan müdafiə sistemi ABŞ-yə məxsus F-15 təyyarəsini vurub. Təyyarədə iki ekipaj üzvünün olduğu bildirilir. Onlardan biri xilas edilib, digəri isə iki gün davam edən axtarışdan sonra dağlıq ərazidə tapılaraq təxliyə olunub.
Həmçinin əməliyyat zamanı ABŞ-nin xeyli sayda hərbi texnika itirdiyi, bəzi hava vasitələrinin isə ələ keçməməsi üçün ABŞ tərəfindən məhv edildiyi iddia olunur.
ABŞ tərəfi və müstəqil mənbələr bu iddialarla bağlı hələlik rəsmi təsdiq verməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq













