"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR
Far.Az xəbər saytı

"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR


Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ("Papanin") maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur.

Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətində həbs edilməyib, onun barəsində məhkəmə hökmünə qədər alternativ qətimkan tədbiri seçilib.

Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Cinayət işinin ibtidai istintaqı prokurorluqda aparılıb.

A.Paşayevin bu yaxınlarda "Papanin" hospitalına rəis təyin edilən Vüqar Paşayevin qohumu olduğu deyilir.

Oxşar xəbərlər

Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər