Sürüşmə təhlükəsi yaranan Bibiheybət yolunda SON VƏZİYYƏT
Far.Az xəbər saytı

Sürüşmə təhlükəsi yaranan Bibiheybət yolunda SON VƏZİYYƏT


Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Far.Az xəbər verir ki, Oxu.Az ərazidən son görüntüləri təqdim edir:

*** 17:53

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar sözügedən ərazidə olub.

Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb.

Həmçinin atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Badamdar yamacındakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Badamdar yamacında sürüşmə təhlükəsi yarandı, yol bağlandı
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər