Nikola Bozinoski: "Sabah"a qarşı mübarizə aparmaq bizim üçün prestijdir"
Far.Az xəbər saytı

Nikola Bozinoski: "Sabah"a qarşı mübarizə aparmaq bizim üçün prestijdir"


"Naxçıvan" basketbol klubunun "Sabah"a qarşı mübarizə aparması prestijdir.

"Far.Az" xəbər verir ki, bunu Naxçıvan kollektivinin baş məşqçisi Nikola Bozinoski Azərbaycan Basketbol Liqasında "Sərhədçi"yə qarşı pley-inn mərhələsinin ikinci oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Rəqib oyuna çox yaxşı başladı. Biz də onlara istədiyimiz kimi qarşılıq verdik. Əvəzetmələr zamanı ehtiyat oyunçu seçimimizin daha geniş olması komandaya üstünlük qazandırdı və bu amil meydanda mübarizəni daha rahat aparmağımıza şərait yaratdı. Bu da oyunun qırılma anlarından biri oldu. Pley-off mərhələsindəki rəqibimiz "Sabah"a qarşı mübarizə aparmaq bizim üçün prestijdir. Bu matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Qeyd edək ki, "Naxçıvan" hər iki matçda "Sərhədçi"yə qalib gəlib (98:87, 93:80).

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər