Türkiyədə keçirilən beynəlxalq hərbi təlimdə Azərbaycan Hərbi Hava Qüvvələri təmsil olunur
Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.
"Far.Az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.
Qeyd edək ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb













