Qərbi Azərbaycan İcmasında özbək və qırğız yazıçılarla görüş keçirilib
Qərbi Azərbaycan İcmasında Özbəkistan və Qırğızıstandan gəlmiş bir qrup yazıçı ilə görüş təşkil olunub.
Bu barədə "Report"a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Qonaqları İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli qonaqları salamlayaraq Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliğinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə türk dünyası ziyalılarının rolunu xüsusi qeyd edib. O bildirib ki, belə görüşlər ortaq ədəbi-mədəni dəyərlərin qorunması və gələcək əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İcma sədri qonaqlara təşkilatın fəaliyyəti və Qayıdış Konsepsiyası barədə də ətraflı məlumat verib.
Görüşdə iştirak edən qonaqlar da çıxış edərək Azərbaycanla türk dünyası ölkələri arasında ədəbi və mədəni əlaqələrin inkişafından bəhs ediblər. Özbəkistanlı şair-publisist və tərcüməçi Mukimjon Nurboyev Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin tarixi və bu günü barədə fikirlərini bildirib. Şair və yazıçı Toramirzo Oripov qardaş xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Turan xalq şairi İslam Aslanov isə türk dünyasının ortaq ədəbi irsinin təbliğinin önəmini diqqətə çatdırıb.
Qırğızıstanlı şair Bazarbay Borbuyev belə görüşlərin xalqlar arasında mənəvi bağları gücləndirdiyini bildirib. Özbəkistanlı şair Hadiyaxon Oripova Azərbaycan ədəbiyyatına olan marağından danışaraq, bu cür tədbirlərin yaradıcılıq əlaqələrinə müsbət təsir etdiyini qeyd edib. Şair və müğənni Dilnoza Əziz mədəniyyət və incəsənətin xalqları birləşdirən əsas körpü olduğunu vurğulayıb. Namanqan Universitetinin prorektoru, professor Havasxon Şokirova isə elmi və ədəbi əməkdaşlığın inkişaf perspektivlərinə toxunub.
Əziz Ələkbərli özbəkistanlı şair-publisist və tərcüməçi Mukimjon Nurboyev tərəfindən "Çingiz Aytmatov – Qızıl qələm" döş nişanı ilə təltif olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"













