Biləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı
Far.Az xəbər saytı

Biləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı


Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib.

Biləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud resurslardan daha səmərəli istifadə olunması və şagirdlər üçün daha əlverişli təhsil mühitinin yaradılmasıdır.

Biləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı

"Optimallaşdırma ilə bağlı qərar qəbul edilərkən bir sıra mühüm meyarlar nəzərə alınır. Bunlara məktəblər arasındakı məsafə, pedaqoji və texniki heyətin məşğulluq səviyyəsi, şagirdlərin digər məktəbə keçirilməsinin tədrisin keyfiyyətinə mümkün təsiri, eləcə də valideynlərin və məktəb kollektivinin mövqeyi daxildir.

Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki ümumtəhsil müəssisəsi - Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumtəhsil orta məktəbi və Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbi ilə bağlı hazırda ilkin təhlillər aparılır.

Məktəblər arasındakı məsafə təxminən bir kilometrdir. Aparılan müqayisəli təhlillər zamanı hər iki təhsil müəssisəsinin infrastrukturu və maddi-texniki bazası qiymətləndirilib. Nəticədə Ənvər Rəhmətov adına məktəbin binasının şagirdlərin təhsil alması üçün daha uyğun olduğu qənaətinə gəlinib. Məsələ ilə bağlı valideynlərlə görüş keçirilib və onların fikirləri öyrənilib. Hazırda optimallaşdırma ilə bağlı yekun qərar qəbul edilməyib. Təhlillər başa çatdıqdan sonra məsələ yenidən dəyərləndiriləcək, müvafiq qərar qəbul olunacaq və ictimaiyyət, o cümlədən valideynlər bu barədə əlavə olaraq məlumatlandırılacaqlar", - deyə R.Baxışov bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər