Mingəçevirdə "Üzməyi Öyrənək" layihəsi üzrə məşqçilər üçün seminar başlayıb
Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə "Üzməyi Öyrənək" layihəsində çalışacaq məşqçilər üçün seminara start verilib.
"Report" xəbər verir ki, təlim proqramını uğurla başa vuran məşqçilər layihə çərçivəsində eyni metodologiya əsasında məktəblilərə dərslər keçəcəklər.
Bu yanaşma ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.
Layihənin əsas məqsədi üzgüçülüyü həyati əhəmiyyətli bacarıq və suda təhlükəsizliyin əsas elementi kimi təşviq etməkdir. Proqram uşaqlarda suya uyğunlaşmanı, habelə ilkin təhlükəsizlik vərdişlərinin, əsas üzmə bacarıqlarının və özünəinamın formalaşdırılmasını hədəfləyir. Eyni zamanda, perspektivli idmançıların müəyyənləşdirilməsi layihənin əsas məqsədləri sırasındadır.
Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 58 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo keçirir.
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













