Azərbaycanda nazirliklərin saytlarında niyə problem yaranır?
Far.Az xəbər saytı

Azərbaycanda nazirliklərin saytlarında niyə problem yaranır?


Azərbaycanda bir sıra dövlət strukturları və nazirliklərin rəsmi internet saytlarında problem yaranıb.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin rəsmi saytlarına giriş mümkün deyil.

Problemin texniki nasazlıq, kiberhücum və ya digər səbəblərlə bağlı olub-olmadığı hələlik açıqlanmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Qeyd edək ki, günlər öncə də analoji problem baş vermişdi.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər