"Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb
Far.Az xəbər saytı

"Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb


"Naxçıvan" voleybol klubu Azərbaycan Superliqasında ardıcıl ikinci qələbəsini qazanıb.

"Report"un yerli bürosu xəbər verir ki, qadın voleybolçular arasında keçirilən ölkə çempionatının II turunda "Naxçıvan" VK növbəti qələbəyə sevinib.

Komanda səfərdə "Gəncə" VK ilə qarşılaşıb. "Gəncə" İdman Sarayında keçirilən gərgin mübarizə şəraitində keçən görüşdə Naxçıvan təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.

Oyunun taleyi tay-brekdə həll olunub. Setlər üzrə hesab belə olub: 29:27, 17:25, 9:25, 25:18, 8:15.

Beləliklə, "Naxçıvan" VK Super Liqada ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər