Füzuli Məmmədov: "Kəpəz"lə oyunda hesab daha böyük ola bilərdi"
Far.Az xəbər saytı

Füzuli Məmmədov: "Kəpəz"lə oyunda hesab daha böyük ola bilərdi"


Misli Premyer Liqasının XXVII turu çərçivəsində baş tutan "Karvan-Yevlax" - "Kəpəz" oyununda hesab daha böyük ola bilərdi.

"Report" xəbər verir ki, bunu Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov sözügedən matçdan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Bizim üçün çətin idi. "Qarabağ"a məğlubiyyətdən sonra komandanı bu görüşə kökləmək də çətin oldu. Futbolçularda psixoloji gərginlik də var idi. Bu yöndə rəhbərlik futbolçulara dəstək oldu. Bilirdik ki, matç çətin keçəcək. "Kəpəz"in heyəti güclüdür. Futbolçular bu oyuna çox ciddi hazırlaşdılar. Oyunçularım meydanda əzmkarlıq göstərdilər. Hesab daha böyük ola bilərdi. 4:1 qalib gəlsək də, çox çətin idi. Futbolçular çətinliyin öhdəsindən gəldi. Hesab 2:1 olanda hər şey dəyişə də bilərdi. Lakin futbolçularım matçdan düşmədi. Əksinə, üçüncü qolu vurmağa bacardıq. Bütün futbolçularımı təbrik edirəm.

Bəzən üzülürəm. Ona görə ki, azarkeşlərimiz bundan da artığına layiqdirlər. Biz azarkeşlərimizi qələbələrimizlə sevindirə bilmirik. Buna görə bəzən pis oluram. Amma bayaq da azarkeşlərə dedim ki, qarşıda 6 tur var. Hər oyuna qələbə üçün çıxacağıq ki, azarkeşlərimiz sevinsin".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər