Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək
Far.Az xəbər saytı

Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək


"Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Sülh Körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan bu gün iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, "Sülh Körpüsü" təşəbbüsünün məqsədi vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və media arasında əlaqələr və görüşlərin olmasıdır:

"Bu platforma cəmiyyətlərimizi 30 ildən çox davam edən münaqişədən sonra sülhə hazırlamaq üçündür. Bu, çox vacibdir. Bu, ekspertlərin yeni ideyalar gətirə, dövlət danışıqlarında hələ müzakirə olunmamış məsələləri müzakirə edə və tərəflərin bu məsələlərə yanaşmalarını qiymətləndirə biləcəyi bir platformadır".

A.Koçinyan bildirib ki, bu gün "Sülh Körpüsü" təşəbbüsünün dördüncü görüşünün keçirilməsi faktı özlüyündə artıq mühüm bir nəticədir.

Xəbər yenilənir

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər