Hakan Fidan: NATO-nun Ankara sammiti Alyans tarixinin ən önəmli tədbiri olacaq
Far.Az xəbər saytı

Hakan Fidan: NATO-nun Ankara sammiti Alyans tarixinin ən önəmli tədbiri olacaq


NATO-nun Ankara sammiti Alyans tarixinin ən önəmli sammiti olacaq.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyindəki proqramda suala cavabında deyib.

H.Fidan sammitə ən yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edib.

O, ABŞ Prezidenti Donald Trumpın da sammitdə iştirakını gözlədiklərini deyib: "Trampın Prezident Rəcəb Tayyib Ərdoğana hörməti var, düşünürük ki, gəlməsi mümkündür. Başqa tərəfdən isə NATO ölkələrinin bu zirvəni bir fürsətə çevirməsi və prosesi sistemli bir çərçivəyə salması vacibdir".

Qeyd edək ki, sözügedən tədbirin iyulun 7-8-də keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər