Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Far.Az xəbər saytı

Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır


Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, son olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.

O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10
Avropa çempionatı: Şəfəq Həmidova da yarımfinala yüksəlib - YENİLƏNİB-7
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər