Aynur Sofiyeva: "FIDE-nin xatirə medalı ilə təltif olunmaq böyük şərəfdir"
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) xatirə medalı ilə təltif olunmaq Aynur Sofiyeva üçün böyük şərəfdir.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin üzvü bu barədə "Report"a açıqlamasında bildirib.
Milli komandanın sabiq üzvü FIDE-nin şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirməsi ilə bağlı fikirlərini bölüşüb:
"Gördüyümüz işlər barədə məlumatlar Beynəlxalq Şahmat Federasiyasına ötürülüb. Bu səbəbdən təltif olunduq. Bu, mənim üçün böyük şərəfdir. Mükafatı qəbul edəndə də bildirdim ki, bu istiqamətdə işlərə davam edəcəyik və imkan daxilində daha da gücləndirəcəyik".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini uzun illərdir həyatını şahmata həsr etdiyini xatırladıb:
"Amma müəyyən dövrdən sonra praktik şahmatdan ayrıldım. Digər istiqamətlər üzrə fəaliyyət göstərirəm. İllər ərzində qazandığım təcrübə ilə, formalaşmış biliklərlə imkan olduğu təqdirdə bu sahəyə töhfə vermək istəyirəm. Bugünkü işimlə də əlaqələndirərək şahmatın inkişafı yönündə müəyyən işlər etməyə çalışıram. Xüsusən də qızlar arasında şahmatın təşviqi üçün işlər görülür. Komitə tərəfindən mütəmadi olaraq belə tədbirlər keçirilir. Bundan əlavə, onların şahmata təşviq edilməsi də var. Belə bir layihəmiz var ki, sığınacaqlarda uşaqlar arasında şahmatı təşviq edək. Artıq bir sığınacaqda işlər aparırıq".
Xatırladaq ki, Aynur Sofiyeva AŞF-nin İcraiyyə Komitəsinin iclasında xüsusi xatirə medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Azərbaycanlı qadın şahmat hakimi: "İdman fasilə sevmir, daim məşq və davamlılıq tələb edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













