İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Far.Az xəbər saytı

İstehlaka yararsız 227 kq at əti aşkarlanıb


Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.

Bu barədə "Report" AQTA-dan məlumat verilib.

Qeyd edilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub.

Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bərdədə istehlaka yararsız at ətinin satışının qarşısı alınıb
Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər