Emmanuel Aqbason: "Çempionlar Liqasında rəmzi "5-liy"ə düşdüyümə görə komanda yoldaşlarıma təşəkkür edirəm"
Far.Az xəbər saytı

Emmanuel Aqbason: "Çempionlar Liqasında rəmzi "5-liy"ə düşdüyümə görə komanda yoldaşlarıma təşəkkür edirəm"


FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi "5-lik"də yer alan "Sabah" basketbol klubunun U-18 komandasının üzvü Emmanuel Aqbason bu nailiyyətə görə komanda yoldaşlarına minnətdardır.

Gənc oyunçu bu barədə "Far.Az"a açıqlama verib.

"Bunun üçün onlara təşəkkür edirəm. Mən də kollektiv üçün hər şeyi etməyə çalışdım. Digər basketbolçuların da zəhməti mənim fərdi uğuruma töhfə verdi. Düşünürəm ki, gələcəkdə daha yaxşı mübarizə apara biləcəyik. Ümumiyyətlə, yarış bizim üçün çox yaxşı keçdi və əla təcrübə oldu. Bu səbəbdən gələcəyə daha nikbin baxırıq", - o vurğulayıb.

Azərbaycan millisinin də formasını geyinən E.Aqbason heyətin bu turnir üçün yeni formalaşdığını söyləyib:

"İlk dəfə idi ki, belə bir yarışda iştirak edirdik. Birinci oyunda istədiyimiz kimi çıxış edə bilmədik. Amma ikinci matçda hər şey istədiyimiz kimi oldu. Bir-birimizi daha yaxşı başa düşürdük. Beləliklə, qalib gəldik. Üçüncü oyunda da qalib gəlmək istəyirdik. Sona qədər mübarizə apardıq, amma alınmadı. Buna baxmayaraq, dördüncü qarşılaşmada qalib gəldik. Düşünürəm ki, komandamız çox yaxşı çıxış etdi".

Xatırladaq ki, qrupdakı ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olan sabah Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivinə qalib gəlib - 72:61. U-18 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın "Borats" klubuna uduzsa (60:67) da, 7-8-ci yerlər uğrunda matçda Türkiyənin "Tofaş" komandasını üstələyib - 86:60.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər