Azərbaycan çempionu Anna Yusupova: "Hər yarışda özümü sanki ilk dəfə qaçırmış kimi hiss edirəm"
Far.Az xəbər saytı

Azərbaycan çempionu Anna Yusupova: "Hər yarışda özümü sanki ilk dəfə qaçırmış kimi hiss edirəm"


Kros qaçışı üzrə Azərbaycan çempionu Anna Yusupova hər yarışda özünü sanki ilk dəfə qaçırmış kimi hiss edir.

İdmançı bunu "Report"a açıqlamasında deyib.

"Yarış çox yaxşı keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey plan üzrə getdi. Özümü rahat hiss etdim və nəticədən razı qaldım. Bütün yarışların özünəməxsus çətinlikləri olur. Hər yarışda özümü sanki ilk dəfə qaçırmış kimi hiss edirəm. Ən vacibi düzgün və yaxşı hazırlaşmaqdır", - deyə o söyləyib.

İdmançı qarşıdakı planlardan danışıb:

"Həm ölkə daxilində, həm də xaricində keçirilən bütün yarışlar gələcək uğurlara aparan növbəti addımdır. Hazırda əsas diqqətimi mayın 3-də keçiriləcək Bakı marafonunun hazırlığına yönəltmişəm. Ümid edirəm ki, orada da qalib gələ biləcəyəm".

Qeyd edək ki, A.Yusupova Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatında 6 km məsafəyə kros qaçışı üzrə birinci olub.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər