Azərbaycan və Türkiyənin məhkəmə sahəsində əməkdaşlığı müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycan və Türkiyənin məhkəmə sahəsində əməkdaşlığı müzakirə edilib


Azərbaycanın Ali Məhkəməsində Türkiyə ilə məhkəmə sahəsində əməkdaşlıq müzakirə edilib.

Bu barədə "Far.Az"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Türkiyə Ali Məhkəməsinin (Yargıtay) 2-ci Cinayət kollegiyasının sədri Yusuf Kuzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycanın Ali Məhkəməsi ilə Türkiyənin Ali Məhkəməsi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu əsasında əlaqələr uğurla inkişaf etdirilir. Sənədə uyğun olaraq, hər iki ölkənin hakimlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunur, təcrübə mübadiləsi həyata keçirilir.

Görüşdə məhkəmə fəaliyyəti sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, hər iki ölkənin məhkəmə sistemlərində tətbiq olunan mütərəqqi təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yusuf Kuzu ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Səfərin əsas məqsədinin məhkəmə fəaliyyəti sahəsində təcrübə mübadiləsinin aparılması, hər iki ölkənin məhkəmə sistemlərində tətbiq olunan mütərəqqi təcrübələrin öyrənilməsi və əməkdaşlığın daha da genişləndirilməsi olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin məhkəmə təcrübəsi, cinayət mühakimə icraatının müxtəlif aspektləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2026-cı il 13-19 aprel tarixlərini əhatə edən səfər çərçivəsində Türkiyə Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər