Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"Far.Az"un əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə aprelin 11-də baş verib. Masazır qəsəbəsində P.Süleymanova və N.İsgəndərli kəsici-deşici alətlə xəsarət yetirilib, onlar aldıqları xəsarətdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər