Xalq artisti Telman Adıgözəlovun vəfatından 16 il ötür
Bu gün Azərbaycanın məşhur teatr və kino aktyoru, Xalq artisti Telman Adıgözəlovun anım günüdür. Aktyorun vəfatından artıq 16 il ötür.
Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə doğulub. Əslən ordubadlıdır. O, orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib.
O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.
Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə müxtəlif rollar canlandırıb.
Telman Adıgözəlov 2000-ci ilin oktyabrında "Əməkdar artist", 2006-cı ilin mayında isə "Xalq artisti" fəxri adlarına alayiq görülüb.
"Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Yol əhvalatı", "Yarımştat" və s. ekran işlərində çəkilən T.Adıgözəlov 2010-cu il aprelin 15-də ürək çatışmazlığından dünyasını dəyişib.
Mərhum Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xalq artistinin Bir qızı və bir oğlu var.
Qalereya
Oxşar xəbərlər
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Xalq artisti Telman Adıgözəlovun vəfatından artıq 15 il ötür
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













