Bakı və respublikanın regionlarında payız-qış mövsümü başa çatıb
Azərbaycanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü başa çatıb.
Bu barədə Far.Az-ə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Bildirilib ki, mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilib, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.
Hesabat dövründə Cəmiyyət tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3800 yaşayış binası, təxminən 176500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.
O cümlədən, regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilmişdir.
İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunmuşdur.
Mövsüm ərzində 1309 qazan qurğusu, 3450 nasos avadanlığı,1000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilmişdir.
2026-cı ilin birinci rübündə 924820 Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32910 Qkal və ya 3,7 faiz çox olmuşdur.
Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanmış və istismara verilmişdir.
Cari ilin 3 ayı ərzində istilik enerjisinin 99,87 faizi qaz yanacağı, 0,13 faizi isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilmişdir. Ümumi istehsalın 513 Qkal və ya 0,055 faizi Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilmişdir.
İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılmışdır. Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırıl
Oxşar xəbərlər
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb













