Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir
Far.Az xəbər saytı

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir


Bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir.

"Far.Az" xəbər verir ki, tədbirdə iki ölkənin biznes və dövlət strukturlarının nümayəndələri iştirak edirlər. Şuranın həmsədrləri "Agalarov Development"in prezidenti Emin Ağalarov və "Delovaya Rossiya" ümumrusiya ictimai təşkilatının sədri Aleksey Repikdir.

Tədbir çərçivəsində Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Aleksey Overçukun, həmçinin Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru, İşgüzar Şuranın sədr müavini Yusif Abdullayevin çıxışları planlaşdırılıb.

Bundan başqa, "Texnopolis "Ximqrad" SC və "Nekst-T" SC arasında "Nekst-T" şirkətinin rezidentliyi barədə niyyət sazişinin imzalanması nəzərdə tutulub.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər