Nüfuz alverində ittiham olunan polkovnikə HÖKM OXUNDU
Far.Az xəbər saytı

Nüfuz alverində ittiham olunan polkovnikə HÖKM OXUNDU


Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin məhkəməsi başa çatıb.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Polkovnik vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alverində ittiham olunurdu.

Hakim Zaur Hacıyevin sədrliyi ilə aparılan məhkəmə istintaqı bu gün yekunlaşıb.

Hökmə əsasən, A.Paşayevin şəxsiyyəti, mübaribə iştirakçısı olması və müxtəlif medallarla təltif edilməsi nəzərə alınıb. Nəticədə 6 min manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı prokurorluqda aparılıb. A.Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib. Həmin maddənin sanksiyasında 5 ilə kimi həbs və cərimə cəzasının tətbiqi nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər