İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Far.Az xəbər saytı

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub


İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Babək Əzizovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürücüyə “saxla” işarəsi verilib.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, sənədləri yoxlanılarkən B.Əzizovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə B.Əzizovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özünü deputat Azay Quliyev kimi təqdim etdi: Hacı Xaliq Bəşər həbs olundu
Narkotik cinayətlərinə görə həbs edilən şəxslə bağlı valideynlərin iddialarına aydınlıq gətirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər