Norveç və Niderland Ukrayna ordusu üçün vəsait ayıracaq
Far.Az xəbər saytı

Norveç və Niderland Ukrayna ordusu üçün vəsait ayıracaq


Norveç Ukrayna Silahlı Qüvvələrinə (UHQ) dronların verilməsi üçün 500 milyon dollardan çox, Ukrayna logistikasının dəstəklənməsi üçün isə 150 ​​milyon dollar ayıracaq.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Onun sözlərinə görə, Niderland da Ukrayna Silahlı Qüvvələrinə dronlar üçün 200 milyon avrodan çox vəsait ayırıb.

Zelenski əlavə edib ki, Kiyevə silah tədarükü ilə bağlı Ramşteyn əlaqə qrupunun iclasından sonra daha beş ölkə PURL proqramına (Ukraynaya çatdırılmaq üçün NATO vəsaiti ilə Amerika silahlarının alınması) töhfə verməyə razılaşıb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər