İşğaldan azad edilmiş ərazilərdə 1 400 km-dən çox avtomobil yolu tikilib
Far.Az xəbər saytı

İşğaldan azad edilmiş ərazilərdə 1 400 km-dən çox avtomobil yolu tikilib


İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 400 km-dən çox avtomobil yolu tikilib.

"Far.Az"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Bundan başqa, onun sözlərinə görə, həyata keçirilən layihələr çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 120 km-dən çox dəmir yolu xətti çəkilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşdırılıb, həmçinin 392 körpü inşa edilib.

"Eyni zamanda artıq üç beynəlxalq hava limanı istifadəyə verilib, yaşayış məntəqələri və kəndlər, məktəblər və xəstəxanalar fəal şəkildə tikilir, müasir energetika, su təchizatı, rabitə və digər zəruri infrastruktur obyektləri yaradılır ki, bu da regionun davamlı sosial-iqtisadi inkişafının əsasını formalaşdırır", - deyə hökumət rəsmisi qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər