İran ABŞ və İsraildən vəzifəli şəxslərin qətlinə görə məsuliyyət daşımalarını tələb edir
İran ABŞ və İsraildən vəzifəli şəxslərin qətlinə görə məsuliyyət daşımalarını tələb edir.
BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "RİA Novosti"yə verdiyi müsahibəsində qeyd edib.
Tehran ABŞ və İsraili İran liderlərinin sui-qəsdinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
"Biz bunu etməliyik. Və düşünürəm ki, təkcə İran deyil, bütün beynəlxalq ictimaiyyət bu məsuliyyəti tələb edir. Çünki ABŞ və İsrailin etdikləri beynəlxalq sülhə və təhlükəsizliyə qarşı cinayətdir. Bu, müharibə cinayətidir, insanlığa qarşı cinayətdir", - deyə Bəqai bildirib.
O, daha sonra bildirib ki, 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasının 1-ci Ümumi Maddəsinə əsasən, bütün dövlətlər beynəlxalq humanitar hüquqa hörmət etməyə və ona riayət olunmasını təmin etməyə borcludurlar.
"ABŞ və İsrail bu prinsipləri pozduğu üçün inanıram ki, bütün BMT üzv dövlətləri ABŞ və İsrailin məsuliyyətə cəlb olunmasını tələb etməlidir", - deyə o, RİA Novosti agentliyinə bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb













